Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2024 22:34
Sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazıram.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı", - deyə Paşinyan Zəngəzur bölgəsində partiyadaşları ilə görüşündə bildirib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 13 və 14 iyunda Naxçıvan istiqamətində bir neçə dəfə atəşkəs rejimini pozub.