Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qriqoryan Kuleba ilə görüşdü - nələr müzakirə olunub?

Qriqoryan Kuleba ilə görüşdü - nələr müzakirə olunub?

Tarix: 16 Iyun 2024 19:30

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammiti çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"İyunun 16-da ER-nin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Görüşdə tərəflər Ermənistan - Ukrayna ikitərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Xatırladaq ki, daha öncə Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Milli.Az


Etiketlər:  Qriqoryan Kuleba ilə görüşdü nələr müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ