Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki astronavt dünyaya qayıda bilmədi

İki astronavt dünyaya qayıda bilmədi

Tarix: 18 Iyun 2024 06:36

"NASA"nın iki astronavtını dünyaya qayıda bilmir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, astronavtları Beynəlxalq Kosmik Stansiyaya aparan Boeing-in Starliner uçuş aparatı iyunun 5-dən kosmosdadır.

Xarici KİV-lərdə gedən xəbərə görə, uçuş aparatında texniki problemlər yaranıb. Yaranan problemə görə astronavtların dünyaya nə zaman qayıdacağı məlum deyil.

Astronavtların iyunun 14-də geri dönmələri planlaşdırılsa da, lakin "Boeing" və "NASA" problemləri həll etməyə çalışdığı üçün geri qayıtma tarixi 22 iyuna qədər təxirə salındı.

NASA X sosial media platformasında iyunun 18-də keçiriləcək mətbuat konfransında məsələyə aydınlıq gətiriləcəyini açıqlayıb.

Milli.Az


Etiketlər:  İki astronavt dünyaya qayıda bilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ