Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin ordusu Polşaya çatacaq – Xəbərdarlıq

Putinin ordusu Polşaya çatacaq – Xəbərdarlıq

Tarix: 18 Iyun 2024 11:28

Ukraynaya köməyə davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok yerli mediaya müsahibəsində deyib.

"Azadlığımızı və müstəqilliyimizi özümüz müdafiə etməli olsaq, nələr ödəməli olacağımızı hesablamaq çətindir. Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir", - Berbok bildirib.

O qeyd edib ki, Ukrayna özünü müdafiə edə bilməsə, Avropaya miyonlarla insan ordan Avropaya qaçmağa məcbur olacaq:

"Mən bu sözləri ilk növbədə Kiyevə yardımı rədd edənlərə xatırladıram. Məğlubiyyətin ölümcül nəticələri olacaq - azad Ukrayna və azad Avropa üçün, ona görə də Ukraynaya yardım genişləndirilməlidir".

Milli.Az


Etiketlər:  Putinin ordusu Polşaya çatacaq Xəbərdarlıq


RƏYLƏR