Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2024 18:46
Ermənistan Fransadan 36 ədəd "Caesar" özüyeriyən artilleriya sistemi alıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson "X" sosial şəbəkəsində yazıb.
"Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır", - Buisson qeyd edib.
İrəvan və Parisin "Caesar" özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.
Qeyd edək ki, iyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.