Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə ölümcül infeksiya yayılır

Bu ölkədə ölümcül infeksiya yayılır

Tarix: 20 Iyun 2024 14:56

Streptokok toksik şok sindromu (STSS) kimi tanınan ölümcül bakterial infeksiya Yaponiyada yayılır.

Milli.Az unikal-a istinadən xəbər verir ki, Yaponiyanın Milli Yoluxucu Xəstəliklər İnstitutu STSS hallarının artması ilə bağlı ilk xəbərdarlığını edib. 

Məlumata görə, Yaponiyanın səhiyyə nazirliyi 2024-cü il üçün 977 hadisə qeydə alıb. 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə, bu vəziyyətə əhəmiyyət verməmək olmaz: "STSS çox tez həyati təhlükəsi olan fövqəladə vəziyyətə çevrilə bilər".

Bildirilir ki, STSS-nin ilk əlamətləri tez-tez hərarət, titrəmə, əzələ ağrısı, ürəkbulanma və qusmadır. 24-48 saatdan sonra adətən aşağı qan təzyiqi inkişaf edir ki, bu da orqan çatışmazlığı, sürətli ürək döyüntüsü və sürətli nəfəs kimi daha ciddi problemlərə səbəb ola bilər.

"Hətta müalicə ilə STSS ölümcül ola bilər. İndiyədək STSS-ə yoluxmuş 10 nəfərdən 3-ü infeksiyadan ölüb", - Yaponiyanın Milli Yoluxucu Xəstəliklər İnstitutu yaydığı məlumatda qeyd olunub. 

Milli.Az


Etiketlər:  Bu ölkədə ölümcül infeksiya yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ