Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ondan boşanmaması üçün 2,5 milyardlıq təklif etdi - FOTOlar

Ondan boşanmaması üçün 2,5 milyardlıq təklif etdi - FOTOlar

Tarix: 27 Iyun 2024 17:45

17:41

Rusiyalı müğənni Alsunun əri, bakılı iş adamı Yan Abramov ondan boşanmaqdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "StarHit" nəşri yazıb.

İddialara görə, iyunun 27-də cütlüyün boşanma prosesi ilə bağlı məhkəmə iclası keçirilib. Bildirilib ki, məhkəmədə nə Alsu, nə də Yan Abramov iştirak edib.

İş adamının nümayəndələri barışma prosesi üçün əlavə vaxt tələbi ilə bağlı vəsatət qaldırıblar. Nəticədə məhkəmə prosesi iki ay təxirə salınıb. Alsu və Yan arasında münasibətlər son dərəcə gərgin olduğu üçün onlar yalnız vəkillər vasitəsilə ünsiyyət qururlar.

Həyat yoldaşı Alsuya barışmaq üçün dəyəri 2,5 milyard rubl dəyərində aktivlərini və əmlak təklif edib. Bura Kiprdə villa, eksklüziv zinət əşyaları kolleksiyası, lüks avtomobillər və 771 milyon rubl dəyərində penthaus daxildir.

Xatırladaq ki, Alsu və Y. Abramov 2006-cı il martın 18-də evləniblər. Onların bu evlilikdən Safina, Mikella və Rafael adlı üç övladı var. Cütlüyün boşanması haqda xəbərlər bu il mayın 27-də yayılıb. Daha sonra isə cütlüyün münasibətlərinin pozulmasına səbəbin model Anastasiya Reşetova olduğu iddia olunub.

--------
20:42

Xəbər verdiyimiz kimi, məşhur müğənni Alsu milyonçu həyat yoldaşı Yan Abramovdan boşanır.

Milli.Az bildirir ki axşam.az-ın məlumatına görə, Alsu ilk dəfə məsələ ilə bağlı suallara münasibət bildirib.

Müğənni jurnalistlərin suallarını cavablayarkən bu mövzuda danışmaq istəmədiyini bildirsə də, hər şeyin qaydasında olduğunu qeyd edib:

"Hər şey yaxşıdır, şərh vermirəm, amma hər şey yolundadır".

Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.

Abramovun 10 ildir ki, Alsunu aldatdığı iddia edilib. O, rus aparıcı-model Viktoriya Lopyreva və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibətdə olduğun deyilir.

Milli.Az


Etiketlər:  Ondan boşanmaması üçün 25 milyardlıq təklif etdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ