Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiq olundu

Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiq olundu

Tarix: 25 Noyabr 2019 17:16

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək.

Bununla bağlı qanuna 11-2-ci maddə (Məhkəmə ekspertlərinin attestasiyası) əlavə edilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Məhkəmə ekspertlərinin fəaliyyətində bu yeniliklər olacaq. Qanuna edilən digər dəyişikliyə əsasən Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq. Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək. Reyestr müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.

Həmçinin qanun layihəsinə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müraciət edə bilər. Bunun üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir: 1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini; 2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu; 3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.

Qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda məhkəmə ekspertlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiq olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ