Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yer kürəsində günlər daha uzun olacaq

Yer kürəsində günlər daha uzun olacaq

Tarix: 22 Iyun 2024 04:06

4 milyard ildən çox əvvəl Yer kürəsində bir sutka 10 saatdan çox çəkmirdi. Planetin öz oxu ətrafında tam çevrilməsi ilə müəyyən edilən Yer kürəsində bir günün uzunluğu zamanla dəyişilə bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, alimlər gələcəkdə hər günün 24 saatdan çox davam edəcəyini proqnozlaşdırırlar. Tədqiqatlar göstərir ki, uzaq keçmişdə Yer kürəsi indikindən qat-qat sürətlə fırlanır və gələcəkdə bu prosesin ləngiməsi gözlənilir.

Massaçusets Texnologiya İnstitutunun alimi Sara Millholland izah edir ki, günün uzunluğunda dəyişikliklər Yer kürəsinin tarixi boyu dəfələrlə baş verib. Başlanğıcda, 4 milyard ildən çox əvvəl Yer kürəsində bir sutka 10 saatdan az davam edirdi. Ayın yaranmasına səbəb olan böyük planet cismi ilə toqquşmadan sonra planetin fırlanma sürəti yavaşlamağa başlayıb.

Müasir tədqiqatlar göstərir ki, hər 100 ildən bir gün 1,7 millisaniyə uzanır. Bu, Yerin fırlanma sürətinə və nəticədə günün uzunluğuna təsir göstərir.

200 milyon ildən sonra Yer kürəsində bir sutkanın təxminən 25 saat davam edəcəyi gözlənilir. Alimlər zəlzələlər, asteroidlərin təsirləri və tektonik aktivlik kimi müxtəlif təbii amillərin təsirinin ölçülməsi və modelləşdirilməsi, eləcə də qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi və dəniz səviyyəsinin dəyişməsinin nəticələrinin ölçülməsi və modelləşdirilməsi əsasında belə qənaətə gəliblər.

Milli.Az


Etiketlər:  Yer kürəsində günlər daha uzun olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ