Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2024 16:32
İranda tanınmış hüquq müdafiəçisi və jurnalist, məhbus Nobel sülh mükafatı laureatı, güney azərbaycanlı Nərgiz Məhəmmədi iyunun 28-də keçiriləcək prezident seçkisində iştirak etməyəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, məlumatı "İraninternational" yayıb.
İranda Evin həbsxanada saxlanılan Nərgiz Məhəmmədi bildirib ki, seçkini boykot edir.
Xatırladaq ki, iyunun 21-də onun cəzası daha bir il uzadılıb.
Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.
Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" təşkilatının "Cəsarət Mükafatı" verilib. 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb, bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
2023-cü il mayın 3-də İranda məhbus jurnalistlər - Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.
Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır. O, 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.