Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan Türkiyənin təsiri ilə bu qərarı verdi – Rus ekspert

İrəvan Türkiyənin təsiri ilə bu qərarı verdi – Rus ekspert

Tarix: 23 Iyun 2024 10:44

Ermənistan Qəzza münaqişəsinin əvvəlindən dünyanın böyük əksəriyyəti kimi, iki dövlət ideyasının tərəfdarı idi, bu o deməkdir ki, bu addım əslində məntiqlidir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı türkoloq Viktor Nadein-Rayevski Ermənistanın Fələstin dövlətini tanıması qərarını şərh edərkən deyib.

O bildirib ki, bu qərarın verilməsi xarici təsirlərlə birbaşa bağlıdır:

"Qərarın məhz indi verilməsinin birinci səbəbi Türkiyə, ikincisi Qərbdir. Diqqət etdinizsə, ilk olaraq Türkiyə XİN Ermənistanın bu qərarını alqışladı. İstisna deyil ki, bu, Ermənistan-Türkiyə gündəmində situasiyadan irəli gələn məsələlərdən biri idi".

Qeyd edək ki, Ermənistanın bu qərarını Türkiyə başda olmaqla, ərəb ölkələri alqışlasa da, Fələstinin qatı tərəfdarı kimi çıxış edən İran hələ də məsələyə reaksiya verməyib.


Etiketlər:  İrəvan Türkiyənin təsiri ilə qərarı verdi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ