Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2024 22:32
Rusiya və Şimali Koreya arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi fonunda Avropa Birliyi (AB) Cənubi Koreya və Yaponiya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, cari ilin sonuna qədər nazirlər səviyyəsində AB ilə ölkələr arasında saziş bağlana bilər.
Müqavilə müdafiə sənayesinə məhsulların birgə hazırlanmasına və satınalma coğrafiyasının genişləndirilməsinə imkan verəcək. AB, həmçinin kosmos, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Yaponiya ilə ayrıca tərəfdaşlıq planına nüvə təhlükəsizliyi və tərk-silahı daxildir.