Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mbappeni çox sevirəm'' - Zidan

''Mbappeni çox sevirəm'' - Zidan

Tarix: 25 Noyabr 2019 19:40

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ ilə sabahkı oyun öncəsi rəqib komandanın futbolçusu Kilian Mbappe haqda danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, fransalı hücumçuya qarşı xüsusi hazırlaşdıqlarını bildirib: "Mbappe "Santyaqo Bernabeu"ya rəqib kimi gəlir. Nəticə çox önəmlidir. Kilian möhtəşəm futbolçudur və oyunçularımı ona qarşı xüsusi hazırlamışam. Nə etdiyimizi isə söyləyə bilmərəm".

O, son zamanlar adı Madrid klubu ilə Mbappe haqda müsbət fikirlər səsləndirib: "Onu uzun müddətdir tanıdığımı hər kəs bilir, Mbappeni bir insan kimi çox sevirəm. Amma biz hazırda rəqibik".

 


Etiketlər:  Mbappeni çox sevirəm Zidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ