Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək

“Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək

Tarix: 24 Iyun 2024 18:12

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə "Baku Open - 2024" Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, FIDE-nin 100 illiyinə həsr edilən turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağıyla qatılan iştirakçılar çıxış edəcək.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri "Baku Open - 2024" Beynəlxalq Şahmat Festivalında mübarizə aparacaq.

Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdi. Festivalın açılış mərasimi iyunun 29-u saat 14-30-da başlayacaq.


Etiketlər:  Baku Open 2024də dən çox şahmatçı iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ