Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni məhkəməlik oldu

Məşhur müğənni məhkəməlik oldu

Tarix: 24 Iyun 2024 19:05

Dima Bilanın musiqi leyblı iş adamı Dmitri Çernokozu məhkəməyə verib.

Sonxeber.net olay-a istinadən bildirir ki, "Archer Music Productions" MMC-nin məhkəməyə müraciət etməsinə Çernokozun Bilanın "Молния" hitinin saxta CD-lərini satması səbəb olub. Məhkəmə leyblın müdafiəsinə qalxıb, iş adamının şirkətə 116 min rubl təzminat ödəməsinə qərar verilib.

Qeyd edək ki, Dima Bilan karyerasına 1998-ci ildə başlayıb. 2003-cü ildə o, "Я ночной хулиган" adlı debüt studiya albomunu buraxıb. 2018-ci ildə müğənni Rusiyanın Əməkdar artisti adına layiq görülüb. MTV Rusiya Musiqi Mükafatları, Muz-TV, RU.TV, "Золотой граммофон" və başqa ödüllərin sahibi olub.


Etiketlər:  Məşhur müğənni məhkəməlik oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ