Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənninin pulu tükənmək üzrədir

Məşhur müğənninin pulu tükənmək üzrədir

Tarix: 24 Iyun 2024 19:35

2023-cü ildə dünya şöhrətli müğənni Castin Biber musiqi kataloqunun hüquqlarını 200 milyon dollardan çox qiymətə satıb. Müğənninin keçən il böyük gəlir əldə etməsinə baxmayaraq, ciddi maliyyə problemləri var. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Biberin pulu tükənmək üzrədir.

"O, qazandığından daha çox xərcləyir və tezliklə xərcləmələrini azaltmasa bonkrot olacaq. Castinin yeni gəlir əldə etməməsi onun yaradıcı heyəti arasında fikir ayrılığına səbəb olur.

Bu yaxınlarda həmkarları ona Heyliyə 700 min dollarlıq brilyant üzük almamağı tövsiyə ediblər. Kredit üçün müraciət edən müğənninin müraciəti rədd edilib", - xarici media yazır.

Milli.Az


Etiketlər:  Məşhur müğənninin pulu tükənmək üzrədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ