Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa millisinin baş məşqçisi: Heç məyus deyiləm

Fransa millisinin baş məşqçisi: Heç məyus deyiləm

Tarix: 25 Iyun 2024 23:38

Heç məyus deyiləm. Əlbəttə ki, birinci yeri tutmaq istəyirdik, amma rəqib qapıçı əla idi.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Fransa - Polşa matçından sonra Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

Mütəxəssis xüsusən də Polşa millisinin qapıçısı Lukas Skorupskini tərifləyib: "Çoxlu seyvlər etdi. Qapıçını qiymətləndirmək lazımdır. Şanslarınız ola bilər amma həmişə qol vura bilməzsiniz".

Qeyd edək ki, Fransa - Polşa matçı 1:1 hesabı ilə yekunlaşıb. Fransa millisi D qrupunda ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Milli.Az


Etiketlər:  Fransa millisinin baş məşqçisi Heç məyus deyiləm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ