Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 13:50
Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko boşanıb.
Sonxeber.net bildirir ki, axşam.az-ın məlumatına görə, ikili ayrıldıqdan sonra ilk dəfə Milanın La Skala opera teatrında Cakomo Puççininin "Turandot" operasının premyerasında əsas ariyaları ifa edərək birgə səhnəyə çıxıblar.
Netrebko sosial media hesanda premyeradan olan görüntüləri paylaşıb. Videoda Y.Eyvazovun da görüntüləri yer alıb.
Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.