Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 18:08
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun vəhhabiliyi qəbul edənlərin bütün nəslinin cəzalandırılacağı barədə dediklərinə haqq qazandırıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, o, Kadırovun ailəsinin də terrorçunun hərəkətlərinə görə cəzalandırılmalı olduğu barədə sözlərini şərh edərkən, onun "terrorçuları mümkün qədər sərt şəkildə təqib etmək" dediyini qeyd edib: "Heç kim şübhə etmir ki, terrorçularla mübarizə barışmaz və mümkün qədər sərt olmalıdır".
Daha sonra Peskov iddia edib ki, Kadırov "terrorçuluğa rəğbət bəsləyən, bu və ya digər şəkildə birbaşa və ya dolayısı ilə terror fəaliyyətində iştirak edənlərdən danışır".