Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 22:48
Avropa Birliyinə (AB) tamhüquqlu üzv olmaq Türkiyə üçün strateji hədəf olaraq qalır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada estoniyalı həmkarı Alar Karislə keçirdiyi mətbuat konfransında bildirib.
"Mütəmadi olaraq vurğuladığımız kimi, Avropa Birliyinə tamhüquqlu üzv olmaq bizim strateji hədəfimizdir. AB-nin də Türkiyəyə eyni mövqedən yanaşması ümumi maraqlarımıza uyğundur. Əminəm ki, Estoniyanın bu kontekstdə Türkiyəyə dəstəyi bundan sonra daha da artacaq. Mən Karisə də bu gözləntilərimi söylədim", - Ərdoğan deyib.