Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabitliyin üçün vacibdir

Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabitliyin üçün vacibdir

Tarix: 29 Iyun 2024 11:12

Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan albaniyalı həmkarı İqli Hasani ilə görüşündə deyib.

Görüş Xorvatiyada keçirilən "Dubrovnik" forumu çərçivəsində baş tutub.

A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması prosesi barədə həmkarına məlumat verib.

Bundan əlavə, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının həyata keçirilməsinə yönəlmiş ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.

Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri barədə fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Mirzoyan Azərbaycanla sülh sazişi regionda sabitliyin üçün vacibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ