Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2024 23:28
Türkiyə polisi bazar günü İstanbulda qadağan olunmuş gey-paradda iştirak etdiklərinə görə ən azı 15 nəfəri saxlayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, bazar günü səhər saatlarında İstanbul valiliyi LGBT icmasının mitinqinə icazə verilməyəcəyini bildirib.
Türkiyə polisi yürüşün baş tutmaması üçün İstanbulun mərkəzini, metro stansiyalarını bağlayıb və əsas küçələrdə nəqliyyatın hərəkətinə mane olub. Lakin qadağadan sonra İstanbulun başqa bir yerində toplaşan LGBT qrupları aksiya keçirməyə cəhd ediblər.