Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2024 06:24
Pakistanın Kəşmir bölgəsindəki Ravalakot şəhərində həbsxanadan ən azı 19 məhbus, o cümlədən terrorizmə görə ölüm cəzasına məhkum edilmiş altı nəfər qaçıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanından xəbər verilib.
Məlumata görə, məhbuslardan biri qaçmağa cəhd edərkən yaralanıb və sonradan həbsxana xəstəxanasında vəfat edib.
Qaçanlar arasında təkcə terrorçular deyil, həm də uzunmüddətli həbs cəzası çəkən, o cümlədən 25 il azadlıqdan məhrum edilmiş təhlükəli cinayətkarlar var.
Hüquq-mühafizə orqanları qaçan məhbusları axtarışa verib. Bundan başqa, həbsxananın səkkiz əməkdaşı qaçış hadisəsinin araşdırılması müddətində saxlanılıb.
Həmçinin, həbsxanaların işinə cavabdeh olan bir neçə məmur vəzifəsindən azad edilib.