Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2024 18:25
"İlhamə Quliyeva yuxuma girdi, dedi ki, Sərxan Kərəmoğlu məni narahat edir. Allaha and olsun, atamın qəbrinə and olsun dedi ki, ona çatdır. Denən mənimlə işi olmasın".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O bildirib ki, mərhum Əməkdar artist İlhamə Quliyeva yuxusuna girib. Aparıcı müğənninin ona Sərxan Kərəmoğlu haqda sözlər dediyini vurğulayıb:
"8 ildir ki, İlhamə Quliyeva dünyasını dəyişib. Amma bu illər ərzində o, mənim yuxularıma gəlməyib".
Qeyd edək ki, Sərxan və İ.Quliyeva illərlə dost olub, daha sonra isə qalmaqal yaşayıblar. Sərxan müsahibələrində dəfələrlə İlhamə Quliyevanı tənqid edib, aralarında yaşanan qalmaqaldan danışaraq onu heç zaman bağışlamayacağını bildirib.