Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2024 11:00
"Heç vaxt anlamadım belə mühakimə etməyi və qəbul da etmirəm. Bizim dinimizdə deyir ki, sənin atan kimdirsə, sən də o cür insansan? Bu nə deməkdir axı? Bir insan özünə görə şəxsiyyətdir. Məcburdur ərə getdimsə, onun atası-anası olmalıdır. Bəlkə uşaq evində böyüyüb?".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında yazıb. İfaçı hüquqşünas Tağı Hüseynovun "Nigar xanım" verilişində dilə gətirdiyi "Boşanmış ailədən qız almaram" fikirlərinə münasibət bildirib. O, hüquqşunası tənqid edib:
"İndi ata-ana onu atıbsa, bu da öz övladını atacaq? Bu nə cahillikdir? Kişilik diplomla ölçülmür. Burada bu ekspert deyir ki, "kişilik, atası əgər anasına necədirsə, o da öz həyat yoldaşına qarşı elə olacaq". Bu, çox səhv məntiqdir. O zaman gərək hər kəs atası-anası olanla evlənsin? Nə bilirsiniz ailədə o ata-ana nə işlə məşğuldur. Bu savadsızlığı qoyub bir kənara insanları necə var, elə qəbul edib həyatınıza davam edin.
Ekpert, siz ölməmisiniz. Amma ailə quran övladınıza niyə qarışmalısınız? Bu nə məntiqdir? Kişilik məfhumu qadında da olur. Əsas insanlıqdır. Vicdanlı, mərhəmətli, heç kimin haqqına girməyən, özünü doğrultmuş bir insandırsa, bitdi.
Məncə, bu qədər insanların həyatına maraq göstərməyin. Dinimizdə bir insanın həyatı ilə oynamaq ən böyük günahdır. İmkan verin elə övladınız da öz həyatında kim olacaq, özü qərar versin. Bu mentalitet, ya da bu psixologiyanı qoyun bir kənara. Övladı böyütmüsünüz deyə, "onun hər şeyinə qarışa bilərəm" deyə bir şey yoxdur".