Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2024 03:05
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış aktyoru Rüştü Onur Atilla boşandıqdan 20 gün sonra müğənni Nezlə görüntülərini yayımlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı 10 illik evliliyin bitməsinə onun səbəb olması ilə bağlı iddialara aydınlıq gətirib. O, xəyanət iddialarını yalanlayıb:
"Bu işlərə zamanım yoxdur. Qısa zaman öncə boşanıb və təsadüfən bir araya gəlmişik. Dostluğumuz başladı və başqa münasibətə çevrildi. Xəyanət olsaydı, belə rahat yaşaya bilərdim? Xəyanət çox çirkin böhtandır. Həyatım boyunca belə şey etmədim, etmərəm də".
Qeyd edək ki, Rüştü keçmiş həyat yoldaşı Sinem Akyıldızla 2014-cü ildə nikah masasına əyləşib. Rüştü ilə Sinemin 2 övladı var.
İkili bir müddət əvvəl boşanıb.