Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eyni epizod - 54 il fərq

Eyni epizod - 54 il fərq

Tarix: 4 Iyul 2024 23:56

Türkiyə-Avstriya matçının 90+5-ci dəqiqəsində etdiyi kritik qurtarışla gündəmə gələn türk futbolçu Mert Günok 1970-ci il Dünya Kubokunda adını tarixə yazdıran qolkiper Qordon Banksa bənzədilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə dünya şöhrətli futbolçu Pelenin rəsmi instaqram hesabında paylaşım edilib.

Qeyd olunub ki, futbolda belə hallar nadir hallarda təkrarlanır:

"1970-ci il Dünya Kubokunda Pelenin mükəmməl baş zərbəsi qarşısında tarixi qurtarış edən əfsanəvi qapıçı Qordon Banksi hörmətlə anırıq.

AÇ-2024-ün bu gözəl, son dəqiqə müdafiəsinə təşəkkür etməyə bilməzdik. Qələbə münasibətilə Türkiyənin növbəti mərhələyə keçməsinə zəmanət verən Mert Günoku və bütün türkləri təbrik edirik!"

Qeyd edək ki, Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik də Türkiyə millisi ilə keçirilən matçdan sonra qolkiperi əfsanəvi qapıçı Qordon Banksla müqayisə edib.

Milli.Az


Etiketlər:  Eyni epizod 54 il fərq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ