Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşən dünya çempionunun meyiti tapıldı

İtkin düşən dünya çempionunun meyiti tapıldı

Tarix: 5 Iyul 2024 20:06

Cənubi afrikalı atlet, hündürlüyə tullanma üzrə 2003-cü il dünya çempionu Jak Freytaq 42 yaşında vəfat edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, onun cəsədini itkin düşəndən iki həftə sonra polis Pretoriyadakı qəbiristanlığın yaxınlığındakı tarlada aşkar edib. Ölüm səbəbinin güllə yarası olduğu bildirilir.

Freytaq 235 santimetr göstərici ilə Parisdə keçirilən Dünya çempionatının qalibi olub. Bununla belə, idmançı ən böyük uğurunu davam etdirə bilməyib: 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında və 2005-ci ildə Helsinkidə keçirilən dünya çempionatında o, finala yüksələ bilməyib.

Sonradan o, elit idmandan yoxa çıxıb və ailəsinin dediyinə görə, narkotik asılılığı ilə mübarizə aparıb.

Milli.Az


Etiketlər:  İtkin düşən dünya çempionunun meyiti tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ