Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hələ də aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır''

''Hələ də aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır''

Tarix: 6 Iyul 2024 06:30

"Bu sənətdə hər şey çətindir. Çünki hələ də təfəkkürdə aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Otaq 9" layihəsində qonaq olarkən deyib. O, aktyorlara verilən dəyərdən gileylənib: 

"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır. Təbii ki, teatr yaranan dövrdən bu yana köklü dəyişiklik var. O dövrdə kişilər aktrisa kimi səhnəyə çıxırdısa, indi bu dəyişib. Lakin hələ də o təfəkkürdə olanlar var. Hələ Mirzə Ələkbər Sabirin qəzəllərində olduğu kimi, "Oxutmuram əl çəkin" deyənlər var. 

Gəncləri qınamaq lazim deyil. Düşünürlər ki, həyat qabaqdadır, hələ "nə xariqələr yaradacağam" deyirlər. Universitetə girəndə, birinci kursda hamısı "Xalq artisti"dir. Böyüdükcə hər şeyin fərqinə varırlar. Bugünkü gündə də ucqar kəndlərdə 14-15 yaşlı qızı ərə verməyə çalışır, bunun üçün yaşayırlar. Hələ də bu düşüncə var ki, qızı üçün edə biləcəyi ən yaxşı şey onu ərə verməkdir. İnsan özü düzəlmək istəməsə, mümkün deyil".


Etiketlər:  Hələ aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ