Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2024 06:38
Finlandiya parlamentinin Konstitusiya Komitəsi qaçqınların ölkədən çıxarılması haqqında qanunu təkrar ekspertizadan sonra təsdiqləyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Finlandiyanın məşhur "Yle" nəşri məlumat yayıb və bildirib ki, qanunla bağlı parlamentdə yekun səsvermə gələn həftə keçiriləcək.
Məlumatda həmçinin qeyd olunur ki, Finlandiya parlamentinin Konstitusiya işləri üzrə komitəsi qanun layihəsinə lazımi dəyişiklikləri edib.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, qanun layihəsinə uyğun olaraq, qanunsuz qaçqınların Rusiya ərazisinə çıxarılması, o cümlədən Moskvanın razılığı olmadan həyata keçiriləcək.