Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqlədi

HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqlədi

Tarix: 7 Iyul 2024 20:40

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin ölümünü təsdiqləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc olunub.

"HƏMAS [Qəzzadakı] Fələstin hökumətinin əmək nazirinin müavini İhab əl-Hüseynin ölüm xəbərini təəssüflə təsdiqləyir", - bəyanatda deyilir. HƏMAS Əl-Hüseynin İsrailin Qəzza şəhərini atəşə tutması zamanı öldürüldüyünü təsdiqləyib və əlavə edib ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda ölüb.

O, 2020-ci ildən sözügedən vəzifəni tuturdu.

Milli.Az


Etiketlər:  HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ