Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2024 14:32
Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib.
"Report" xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
"Agence France-Presse"in məlumatına görə, E.Makron baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmasını istəyib.
-------
07.07.2024
Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri o, növbədənkənar parlament seçkilərinin ilkin qeyri-rəsmi nəticələri yayıldıqdan sonra deyib.
"Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm", - deyə Attal qeyd edib.
Qeyd edək ki, ilkin məlumata görə, Makronun koalisiyası parlament seçkilərinin ikinci turunda da məğlub olub.