Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO-2024-də ''sürpriz'': 1/2 finalda olmaya bilər

AVRO-2024-də ''sürpriz'': 1/2 finalda olmaya bilər

Tarix: 8 Iyul 2024 09:14

Fransa millisinin və Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizman Avro-2024 yarımfinalında Fransa ilə İspaniya arasında keçiriləcək matçda ehtiyat oyunçular skamyasında ola bilər.

Milli.Az L'Equipe-ə istinadən bildirir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam yarımfinalda İspaniyaya qarşı matçın ilk dəqiqələrindən Usman Dembeleyə güvənməyi planlaşdırır. Qrizman isə matça ehtiyatda başlayacaq. Bildirilir ki, hücum üçlüyü Usman Dembele, Kilian Mbappe və Randal Kolo Muani ilə təşkil olunacaq.

Xatırladaq ki, Madrid "Atletiko"sunun futbolçusu 1/4 finalda Portuqaliyaya qarşı oyuna (0:0, penaltilərlə 5:3) start heyətində çıxmış, lakin 67-ci dəqiqədə Usman Dembele ilə əvəz olunmuşdu. Dembele UEFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilmişdi. Qeyd edək ki, Qrizman Avro-2024-də milli komandanın keçirdiyi bütün beş oyunda iştirak edib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Fransa və İspaniya milli komandaları arasında yarımfinal oyunu 9 iyul tarixində Münhenin "Allianz Arena" stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq. Digər yarımfinalda isə İngiltərə Niderlandla qarşılaşacaq.

Milli.Az


Etiketlər:  AVRO 2024 sürpriz finalda olmaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ