Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış şərhçiyə ''Neftçi''də yüksək vəzifə verildi - RƏSMİ

Tanınmış şərhçiyə ''Neftçi''də yüksək vəzifə verildi - RƏSMİ

Tarix: 9 Iyul 2024 14:02

13:55

Rüstəm Əfsərlinin "Neftçi"nin PFK-nın Media üzrə koordinatoru vəzifəsinə təyin edilməsi xəbəri rəsmi təsdiqini tapıb.

Sonxeber.net xəbər verir ki, "Neftçi" PFK-nın sosial şəbəkə hesablarında müvafiq paylaşım edilib.

"Azərbaycanın ən yaxşı idman jurnalistlərindən biri olan Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, "CBC Sport" kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə "İlin ən yaxşı şərhçisi" mükafatını qazanıb.

Uşaqlıqdan "Neftçi" azarkeşi olan və bunu müsahibələrində də gizlətməyən Rüstəm Əfsərlini yenidən böyük "Neftçi" ailəsinin bir parçası olması münasibəti ilə təbrik edirik! Evinə xoş gəlmisən!"

--------------
2024.07.08


"Neftçi"də yeni təyinat reallaşıb.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın mətbuat xidmətinə bundan sonra tanınmış şərhçi Rüstəm Əfsərli rəhbərlik edəcək. O, bu postda Emin Əfəndini əvəz edəcək.

Qeyd edək ki, Rüstəm Əfsərli 2017-ci ildə cəmi 4 ay "Neftçi"nin Media və Marketinq Departamentinin rəisi vəzifəsində çalışıb.


Etiketlər:  Tanınmış şərhçiyə Neftçidə yüksək vəzifə verildi RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ