Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2024 07:50
Vaşinqtonun Qəzza zolağında və Ukraynada baş verən hadisələri qiymətləndirməyə yanaşması fərqli deyil.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
"Bizim yanaşmamızda heç bir fərq yoxdur (Ukraynada və Qəzza zolağında baş verənlərə dair qiymətləndirmələrdə - red.). Kontekstdə fərq var", - deyə o jurnalistin ABŞ-ın Rusiyanın Ukraynaya zərbələri barədə dərhal açıqlama verməsi, İsrailin Qəzzaya hücumlarını isə aylarla şərh etməməsi barədə sualı cavablandırarkən bildirib.