Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diş ağrısını kəsən təbii üsul

Diş ağrısını kəsən təbii üsul

Tarix: 10 Iyul 2024 13:42

Diş ağrısı bəzən gözlənilməz zamanlarda yarana və dözülməz həddə çata bilir.

Odur ki, təcili hallarda diş ağrısını evdəki məhsullarla dayandırmağın yollarını bilmək böyük əhəmiyyət kəsb edir.

Demək olar ki, hər evdə olan məhsullarla bu ağrını saniyələr ərzində kəsmək mümkündür.

Milli.Az medicina.az-a istinadən bunun üçün ən effektiv üsullardan birini təqdim edir:

Tərkibi:

• 1 çay qaşığı duz.

• 1 xörək qaşığı sirkə.

• 1 çay qaşığı bal.

• 3 diş sarımsaq.

Hazırlanması:

Sarımsağı rəndələyin və sirkəyə əlavə edin. Sonra bal və duzu da əlavə edib yaxşıca qarışdırın. Ən sonda bu qarışımdan az miqdarda götürüb ağrıyan dişinizə yerləşdirməlisiniz.
Qarışım bir neçə saniyədə təsirini göstərəcək.

Onu da qeyd edək ki, sarımsaqlı qarışım yalnız təcili hallarda, müvəqqəti həll yoludur. Diş ağrısının səbəblərini aradanq aldırmaq üçün vaxtında həkimə müraciət etmək lazımdır.
 

Milli.Az


Etiketlər:  Diş ağrısını kəsən təbii üsul


RƏYLƏR