Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin və Zelenskini sülhə məcbur edəcək yalnız bir şəxs var

Putin və Zelenskini sülhə məcbur edəcək yalnız bir şəxs var

Tarix: 11 Iyul 2024 08:56

Macarıstan ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə mümkün qayıdışını Ukraynada "sülh şansı" kimi qiymətləndirir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri NATO sammitində iştirak üçün Vaşinqtonda olan Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, ölkəsinin məqsədi Rusiya və Ukraynanın iştirak etdiyi sülh danışıqları vasitəsilə müharibəyə son qoymaqdır:

"Düşünürəm ki, onları hətta danışıqlara məcbur etmək üçün çox güclü xarici təzyiq olmalıdır. Qarşıdakı dövrdə kimin bunu etmək şansı var? Yalnız Trampın - əgər prezident seçilərsə".


Etiketlər:  Putin Zelenskini sülhə məcbur edəcək yalnız şəxs


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ