Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2024 09:50
Hakimiyyət Ermənistanı alver obyektinə çevirdi. Onlar İranın ABŞ-ın regionda fəallaşmaq cəhdlərindən narazılığına məhəl qoymurlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Argişti Kiviryan yerli jurnalistlərə açıqlamasında deyib.
"Xarici qüvvələrin bura gətirilməsi Tehranın düşmənlərini İran sərhədlərinə çatdırmaq deməkdir. Tehran bundan danışır və İrəvanı bu siyasətdən imtinaya çağırır, lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur və eyni siyasəti davam etdirir. Ermənistan rəhbərliyi onlara hakimiyyətə gəlməkdə köməklik edən qüvvələrin göstərişlərinə əməl edir", - o bildirib.
O iddia edib ki, əgər Ermənistan İran və digər ölkələrin siqnallarından düzgün istifadə edə bilsəydi, indiki vəziyyətinə düşməzdi.