Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda uğursuz əməliyyatın qurbanı olan qadın: Evdən bayıra çıxa bilmirəm - FOTO

Bakıda uğursuz əməliyyatın qurbanı olan qadın: Evdən bayıra çıxa bilmirəm - FOTO

Tarix: 11 Iyul 2024 21:00

"Bədənimdəki deşikdən çirk axır. Ağrılarım var, evdən çıxa bilmirəm".

Bu sözləri uğursuz əməliyyatın qurbanı olan Şəhla Əliyeva Baku TV-yə açıqlamasında deyib.

"Üç il öncə bədənimin bəzi nahiyələrinə gel vurdurmuşdum. 8 ay əvvəl ağrılarım oldu. İnternetdə bu sahədə ixtisaslaşmış həkimi gördüm və ona müraciət etdim. Həkim bəzi nahiyələrimdən gelləri çıxartdı. Bədənimdəki deşiklər hələ də yumulmayıb və həmin nahiyədən çirk hələ də axır".

Ş.Əliyeva həkim tərəfindən göz qapağı əməliyyatı da olunduğunu bildirib:

"Etdiyi bütün əməliyyatlar uğursuz alınıb. Ayağımda öz-özünə göyərmələr olur".

Şikayətçi ona dəyən ziyanın ödənilməsini tələb edir. Deyir ki, heç olmasa, əməliyyata verdiyi pulu geri qaytarsın ki, o da həkimin bədənində yaratdığı fəsadları başqa, daha peşəkar həkim vasitəsilə aradan qaldırsın:

"Qaşımı əlavə pul ödəyərək əməliyyat etdirdim. Göz qapağımı da düzəltdirməliyəm. Bunlara əlavə pulum çıxacaq. Həkimə 17 minə yaxın pul vermişəm. Ortada heç bir nəticə yoxdur. Pulumu geri istəyirəm".


Etiketlər:  Bakıda uğursuz əməliyyatın qurbanı olan qadın Evdən bayıra çıxa bilmirəm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ