Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2024 07:02
ABŞ-da keçirilən sorğuya görə, prezident Co Baydenin namizədlikdən geri çəkilməsini istəyənlər 67 faiz təşkil edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, "ABC News", "Washington Post" və "Ipsos" tərəfindən 5-9 iyul tarixləri arasında ölkə daxilində 2431 iştirakçı ilə keçirilən sorğu Baydenin namizəd olub-olmama məsələsində insanların rəyini müəyyən edib.
Sorğuda iştirak edənlərin 85 faizi Baydenin ikinci dəfə prezident olmaq üçün çox yaşlı olduğunu deyib. Eyni zamanda 67 faiz insan noyabrda keçiriləcək prezident seçkilərində onun namizədliyini geri götürməli olduğunu bildirib.