Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi”nin tamamilə robotlardan ibarət fabriki kütləvi istehsala başladı

“Xiaomi”nin tamamilə robotlardan ibarət fabriki kütləvi istehsala başladı

Tarix: 12 Iyul 2024 08:18

"Xiaomi" ultra nazik qatlana bilən smartfonu Xiaomi Mix Fold 4-ü istehsal etmək üçün yalnız robotların işlədiyi fabrikindən istifadə edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Xiaomi", Çində tamamilə robotlar tərəfindən idarə olunan və dayanmadan 7/24 istehsal edən bir fabrik quraraq istehsalda əhəmiyyətli bir addım atıb.

Bu fabrik insan müdaxiləsi olmadan smartfonlar istehsal edə, özünü təmizləyə və hətta istehsal xətlərini optimallaşdıra bilən qabaqcıl süni intellekt sistemləri ilə təchiz edilmişdir.

"Xiaomi" Mi Fold 4 və "Xiaomi" Mi X Flip qatlanan smartfonlar sözügedən zavodda robotlar tərəfindən istehsal olunur.

2,4 milyard yuan (329 milyon dollar) investisiya ilə tikilən fabrik ildə 10 milyon smartfon istehsal edə biləcək.

Milli.Az


Etiketlər:  Xiaominin tamamilə robotlardan ibarət fabriki kütləvi istehsala başladı


RƏYLƏR