Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın adından borc alınması qaydası dəyişdi

Azərbaycanın adından borc alınması qaydası dəyişdi

Tarix: 15 Iyul 2024 14:57

Prezident İlham Əliyev 18 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nda dəyişiklik edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Bu Qaydanın müddəaları dövlət başçısının 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasına şamil edilmir.


Etiketlər:  Azərbaycanın adından borc alınması qaydası dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ