Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2024 23:42
İsraildə Qərbi Nil qızdırması yayılmaqda davam edir. May ayının əvvəlindən indiyədək 440 pasiyentdə bu xəstəlik aşkarlanıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.
Onun məlumatına görə, 32 xəstə keçinib. Radiostansiya qeyd edib ki, İsraildə Qərbi Nil qızdırmasına yoluxma hallarının sayı artıq əsrin dörddə birində rekord həddə çatıb. Belə ki, onun məlumatına görə, 2000-ci ildə ölkədə 425, o vaxtdan bəri isə təkcə 2015-ci ildə 130-dan çox fakt qeydə alınıb.