Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orban sülh planını liderlərə təqdim etdi

Orban sülh planını liderlərə təqdim etdi

Tarix: 15 Iyul 2024 23:52

Macarıstan Baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çinə səfərindən sonra AB liderlərinə özünün sülhməramlı missiyasının nəticələri və Budapeştin sülh təklifləri barədə məlumat verib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaz Orban deyib.

O qeyd edib ki, Orbanın planı indi hər bir AB liderinin masasındadır:

"Baş nazirin Kiyev və Moskvaya səfərlərindən aydın oldu ki, Ukrayna və Rusiyanın döyüşməkdə qərarlıdırlar. Xarici vasitəçilərin müdaxiləsi olmadan, təəssüf ki, yaxın aylarda çox ciddi dağıntılar görəcəyik".

O bildirib ki, Macarıstan potensial vasitəçilər - Çin, Türkiyə və Donald Trampla danışıqlara başlayıb:

"Ancaq avropalılar və indiki ABŞ administrasiyası müharibənin davam etdirilməsinin tərəfdarıdır".

Xatırladaq ki, Orbanın sülh planında nələr olduğu açıqlanmayıb.


Etiketlər:  Orban sülh planını liderlərə təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ