Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2024 18:26
Omanda məsciddə açılan atəş nəticəsində 4 Pakistan vətəndaşı ölüb, 30 nəfər yaralanıb.
Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi hücumun sünnilərin çoxluq təşkil etdiyi Omanda şiə məscidi olan, yerli olaraq İmam Əli məscidi kimi tanınan Əli bin Əbi Talib məscidində törədildiyini bildirib.
Omanın paytaxtı Maskatın Vadi əl-Kəbir bölgəsində baş verən hadisəni "terror" hücumu kimi xarakterizə edən nazirlik, yaralıların xəstəxanada olduğunu qeyd edib.
Qeyd edək ki, hadisə Aşura gününə təsadüf edib.