Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Panathinaikos'' Ergin Atamanla müqaviləni uzadacaq?

''Panathinaikos'' Ergin Atamanla müqaviləni uzadacaq?

Tarix: 18 Iyul 2024 08:03

"Panatinaikos" Basketbol Klubunun prezidenti Cannakopoulos ötən mövsüm komandanın sükanı arxasında ciddi uğurlar qazanan türkiyəli baş məşqçi Ergin Atamanla uzun müddət davam etmək istədiklərini bildirib.

Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, Giannakopoulos, sosial media hesabından etdiyi şərhdə, "Real Madridi məğlub edərək 5 Avropa seriyası hədəfi qoyduğunuzda, Maestronu (Ergin Ataman) saxlamaqla yanaşı, ehtiyacınız olan bütün idmançıları komandada saxlamalısınız" dedi.

Yunan mətbuatı Giannakopoulosun bu yazısını Atamanla müqavilənin uzadılacağı kimi şərh edib.

Ataman Panathinaikos-da ilk mövsümünü 2 kubokla başa vurub. Yunanıstan komandası THY Avroliqanın Dördlər Finalında Real Madridi məğlub edərək kubokun qalibi olub və iki ildən sonra Yunanıstan Liqasının çempionu olub.


Etiketlər:  Panathinaikos Ergin Atamanla müqaviləni uzadacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ