Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4000-ə yaxın şəxs Olimpiya Oyunlarına buraxılmayacaq

4000-ə yaxın şəxs Olimpiya Oyunlarına buraxılmayacaq

Tarix: 18 Iyul 2024 12:50

Fransanın hüquq-mühafizə orqanları Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində 870 min inzibati araşdırma aparıb. Bunun da nəticəsində 4000-ə yaxın şəxsin Olimpiya Oyunları tədbirlərinə girişi məhdudlaşdırılıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Jerald Darmanen açıqlayıb. 

Nazirin sözlərinə görə, onlar arasında əsas olaraq "fiche S" siyahısında olan (təhlükəsizliyə təhdid doğuran şəxslər - red.) 131 nəfər, 18 radikal islamçı, 167 ultrasolçu və 80 ultrasağçı aktivistlər var. 

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-nə qədər, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-nə qədər keçiriləcək.


Etiketlər:  4000 yaxın şəxs Olimpiya Oyunlarına buraxılmayacaq


RƏYLƏR