Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: ''Hamıdan çox problemim var''

Xalq artisti: ''Hamıdan çox problemim var''

Tarix: 18 Iyul 2024 13:30

"Zərif Məleykənin çiynində çox böyük yüklər daşınır. Xaricdən zərif, incə görünürəm. Bir kişinin görmədiyi qədər yük var çiynimdə". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova qonaq olduğu "Xəzərin sahilində" verilişində deyib. 

Aktrisa çətin həyatından və təkbaşına böyütdüyü qızı Gülərdən söz açıb: 

"Həyatı gözəlləşdirən də, çirkinləşdirən də insandır. Elə zəmanəyə gəlmişik ki, insanlardan nələr görürük. Çox çətindir. Təkbaşıma Allahıma güvənərək, əlim Allahda, yerdə isə zirekli paltarımı geyinib övladımı qoruyuram. Mən qoruyuram, böyük-böyük danışmayım. Evimdə də deyirəm, qanun qanundur. Yalanı sevmirəm. Kiminsə haqqında qeybət etmirəm. Niyə bir insan haqqında pis danışım? Elə yaxşı xüsusiyyətlərini danışaram da. Mənim hamının problemindən çox problemim var. Niyə danışım bunu? Gedib onu özüm həll edəcəyəm". 


Etiketlər:  Xalq artisti Hamıdan çox problemim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ