Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2024 22:18
"İranın ruhani lideri və ali məmuru Ayətullah Əli Xameneinin nüvə bombasının yaradılmasının qadağan edilməsi ilə bağlı verdiyi fətva ölkədə heç bir müzakirə mövzusu ola bilməz, bu qərar dəyişdirilməyəcək".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin vəzifələrini icra edən Əli Baqiri Kani bildirib.
"Nüvə məsələsində İran sərhədlərdən kənara çıxmaq niyyətində deyil... Bu, İran rəhbərinin fətvasıdır... Ona görə də onun verdiyi əmr və fətvalar hər kəs (hakimiyyət orqanları - red.) tərəfindən məcburi şəkildə icra edilməlidir", - deyə o vurğulayıb.