Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanla Makronun açıq havada qapalı görüşü

Paşinyanla Makronun açıq havada qapalı görüşü

Tarix: 18 Iyul 2024 22:54

Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Oksfordda Blenheym Sarayının həyətində görüşüblər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Makronla səmimi görüşən Paşinyan daha sonra bir kənara çəkilərək, müzakirə aparıblar. Müzakirənin detalları haqda heç bir məlumat olmasa da, onların üz ifadələrindən ciddi məsələni danışdıqları təxmin edilir.

Ermənistan hökuməti isə yaydığı açıqlamada görüş zamanı Ermənistan-Fransa gündəmindəki məsələlərin müzakirə edildiyi və İrəvanla Bakı arasında münasibətlərin normallaşması mövzusuna toxunulduğunu bildirib.


Etiketlər:  Paşinyanla Makronun açıq havada qapalı görüşü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ